Ağdamda dəhşət: qadın 10 aylıq qızını boğub öldürdü


Digərləri 16 Apr 2019 13:49:00 227 0

Ağdamda dəhşət: qadın 10 aylıq qızını boğub öldürdü

Ağdamda ana qızını qətlə yetirib.

Son.az ONA-ya istinadən xəbər verir ki,  rayonun Qərvənd kəndində məskunlaşan 1992-ci il təvəllüdlü İsmayılova Günel Şahsevər qızı ailə münaqişəsi zəminində on aylıq körpə qızını boğaraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. G.İsmayılova saxlanılaraq Polis Şöbəsinə aparılıb. 

Günel İsmayılovanın 10 aylıq qızını öldürməsinə ailəsindəki problemlər səbəb olub.

Bu barədə Oxu.az-ın bölgə müxbirinə yerli sakinlər məlumat verib.