“Eurovision”nun ulduz qonaqları onlardır


Digərləri 16 Apr 2019 13:19:00 208 0

“Eurovision”nun ulduz qonaqları onlardır

Bir ay sonra İsraildə start götürəcək "Eurovision" mahnı müsabiqəsinin finalında çıxış edəcək ulduzların adı açıqlanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, gecədə yarışma qalibləri Konçita Vürst, Mans Zelmerlöw,  Dana International və Netta Barzilai səhnədə yer alacaq.

Bundan əlavə, ötən il Kipri beynəlxalq layihədə təmsil edən Eleni Foureira və Ukraynanın məşhur ulduzu Verka Serduchka mahnılarını ifa edəcək.