Multidissiplinar Elmi Forum keçirildi (FOTO)


Digərləri 16 Apr 2019 13:10:00 236 0

Multidissiplinar Elmi Forum  keçirildi (FOTO)

Azərbaycan Elm Assosiasiyası sayca 2-ci olan Multidissiplinar Elmi Forum (MEF 2019) təşkil edib.

Bakı. Azərbaycan Elm Assosiasiyası sayca 2-ci olan Multidissiplinar Elmi Forum (MEF 2019) təşkil edib. Trend-in məlumatına görə, Forum həm dəqiq, həm də humanitar elm sahələrini əhatə edib: tədbirin birinci günündə humanitar elmlər üzrə, ikinci günündə isə dəqiq elmlər üzrə 6 seminar təqdim edilib. Bununla yanaşı, hər iki gün ərzində "Azgreen" şirkəti və "İLM-Learn" kursu tərəfindən müxtəlif demoların nümayişi də baş tutub. Avropa-Azərbaycan Məktəbinin Badamdar korpusunda keçirilmiş forumun spikerləri Azərbaycanda və ölkə hüdudlarından kənarda nüfuz sahibi olan ekspertlər olublar.