Şəbnəm Tovuzlu gülüş hədəfi oldu: “Amerika, İtaliya, Dubay Avropa ölkələridir”


Şou-biznes 16 Apr 2019 11:34:00 262 0

Şəbnəm Tovuzlu gülüş hədəfi oldu: “Amerika, İtaliya, Dubay Avropa ölkələridir”

ARB-də yayımlanan "Hüseynova bacıları" verilişinin növbəti qonağı müğənni Şəbnəm Tovuzlu olub.

Son.az Ölkə.az-a istinadən bildirir ki, verilişin əvvəlində aparcılar Tovuzlu ilə qısa oyun keçirmək qərarına gəliblər. Oyunun şərtlərinə görə, ifaçı hər suala 4 variantda 20 saniyə ərzində cavab verməli idi. 

Elə maraqlı və yaddaqalan məqamlar da bundan sonra yaşanıb. Oyun başlayıb...

Sadə suallardan sonra iş bir az çətinləşib, çünki sıra qəliz suallara gəlib. Belə ki, aparıcının 

"Avropada dörd ölkə" sualı müğənniyə əməlli-başlı çətin anlar yaşadıb.

"Bu yaxınlarda Dubaya gedmişdik. Dubay Avropa deyil amma yaxındı da. Mən oralarda olmamışam vallah nə deyə bilərəm. Ona görə də bilmirəm.  Amerikanın özü, İtaliya", - deyə cavab verib.