İlahiyyat İnstitutunda “Gözəl Quran oxuma” müsabiqəsi təşkil olunub (FOTO)


Digərləri 16 Apr 2019 11:08:00 228 0

İlahiyyat İnstitutunda “Gözəl Quran oxuma” müsabiqəsi təşkil olunub (FOTO)

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığlı ilə “Gözəl Quran oxuma” müsabiqəsi keçirilib.

Bakı. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığlı ilə “Gözəl Quran oxuma” müsabiqəsi keçirilib. Aİİ-dən Trend-ə verilən məlumata görə, müsabiqədə Aİİ-nin İlahiyyat fakültəsinin tələbələri iştirak ediblər. İlahiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov, dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyev və İnstitutun baş müəllimi Ənvər Mustafayev münsiflər heyətində təmsil olunublar. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Aİİ rektoru Ceyhun Məmmədov ali tədris müəssisəsinin istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılması istiqamətində müxtəlif tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. Müsabiqənin əhəmiyyətini vurğulayan C.Məmmədov tələbələrin bilik səviyyələrini, bacarıq imkanlarını nümayiş etdirmələri baxımından, bu istiqamətdə təşkil olunan müsabiqə və bilik yarışlarının xüsusi rol oynadığını bildirib.