Soğanın qiyməti ucuzlaşmayacaq - SƏBƏB


Digərləri 16 Apr 2019 09:36:16 214 0

Soğanın qiyməti ucuzlaşmayacaq - SƏBƏB

İranda iqlim şəraiti dəyişmədikcə, soğanın qiyməti baha olacaq.

Bakı. Elnur Bağışov - İranda iqlim şəraiti dəyişmədikcə, soğanın qiyməti baha olacaq. Trend-in məlumatına görə, bunu İranın şərqində yerləşən Rəzəvi Xorasanı vilayəti Kənd Təsərrüfatı İdarəsinin rəhbəri Nəcəfqulu Salehi deyib. N.Salehinin sözlərinə görə, İranda soğanın yetişdirilməsində hər hansı problem yoxdur. Yeganə problem yağıntılardır və bu, soğanın yığımına mane olur. İranın kənd təsərrüfatı nazirinin müavini Abbas Keşavərz isə kənd təsərrüfatına dəyən ziyanın detallarına aydınlıq gətirib.