Polşada dünya birinciliyində çıxış edən şpaqaçılarımız vətənə qayıdıblar (FOTO)


Digərləri 16 Apr 2019 08:57:41 207 0

Polşada dünya birinciliyində çıxış edən şpaqaçılarımız vətənə qayıdıblar (FOTO)

Polşanın Torun şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində çıxış edən şpaqaçılarımız vətənə qayıdıblar.

Bakı. Polşanın Torun şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində çıxış edən şpaqaçılarımız vətənə qayıdıblar. Trend-in məlumatına görə, dünya birinciliyində bürünc medal qazanmaqla müstəqillik tariximizdə analoji yarışda ilk dəfə mükafatçılar sırasında yer almağı bacaran qılıncoynadanımız Ruslan Həsənov Heydər Əliyev Beynəlxalq Hava limanında böyük coşqu ilə qarşılanıb. R.Həsənov jurnalistlərə müsahibəsində tarixi zəfərindən danışıb: “Belə bir nəticəyə imza atmağım mənim üçün gözlənilməz olsa da, buna ümid edirdim. Hətta yarımfinala yüksələndə belə, nə baş verdiyini tam dərk etmirdim. Bu nəticənin qeydə alınmasında əməyi olan hər kəsə təşəkkür edirəm. Ən çətin döyüşlərim 1/16 və yarımfinala yüksəlmək uğrunda rumıniyalı və macarıstanlı şpaqaçılarla keçirdiyim görüşlər oldu. Gələcək hədəfim nəticəmi yaxşılaşdırmaqdır. Qarşıda bizi 23 yaşadək qılıncoynadanların Avropa çempionatı gözləyir. Çalışacağam ki, həmin yarışda da yaxşı çıxış edim”.