Sony 16Klı displeyini təqdim edib


Digərləri 16 Apr 2019 08:11:00 209 0

Sony 16Klı displeyini təqdim edib

"Sony" şirkəti Yaponiyada 16K təsvir ölçülü ekran quraşdırıb. Bu göstərici 4K ilə müqayisədə 4, 1080p-dən isə 64 dəfə yüksək göstəricidir. Displeyin ölçüsü 19,2 x 5,4 metr təşkil edir, onu Yokoqamada yerləşən yeni tədqiqat mərkəzində quraşdırıblar.

Son.az ICTnews-a istinadən bildirir ki, "Strategy Analytics" şirkətinin eksperti Devid Merser deyib ki, yeni displey tezliklə bazara çıxarılmayacaq. Onun sözlərinə görə, yaxın vaxtlarda 8K televizorların kütləvi yayılması gözlənilir. Ona görə, ehtimal ki, belə ekranlar yalnız böyük biznes seqmentində istifadə olunacaq.