Facebook şirkəti Messenger'i yenidən öz əsas tətbiqinə geri qaytarmağı planlaşdırır


Digərləri 16 Apr 2019 08:15:00 249 0

Facebook şirkəti Messenger'i yenidən öz əsas tətbiqinə geri qaytarmağı planlaşdırır

Facebook şirkəti Messenger çatlarını öz əsas mobil tətbiqinə geri qaytara bilər. Bu funksiya hələki məhdud istifadəçilər vasitəsilə test olunur. Bu barədə The Verge saytına istinadən Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Messenger Facebook-un əsas mobil tətbiqindən 2011-ci ildə ayrıldı. 2014-cü ildə isə o, Facebook tətbiqində ümumiyyətlə ləğv olundu. İndi isə 5 ildən sonra şirkət bu iki tətbiqi yenidən birləşdirmək qərarına gəlib.

Son.az technote.az-a istinadən bildirir ki, Honkonqdan olan tərtibatçı Jane Manchun Wong bu barədə fotonu öz Twitter hesabında təqdim edib. Fotolardan da görmək olar ki, mesajlara keçid etmək üçün Facebook tətbiqindəki Messenger düyməsinə klik etmək lazımdır. Lakin bunu edəndən sonra istifadəçi ayrıca Messenger tətbiqinə deyil, Facebook daxilində Chats adlı yeni bölməyə keçid edəcək.