Yaponiya və ABŞ-ın müdafiə nazirləri və XİN rəhbərləri arasında görüş keçiriləcək


Digərləri 16 Apr 2019 07:14:00 203 0

Yaponiya və ABŞ-ın müdafiə nazirləri və XİN rəhbərləri arasında görüş keçiriləcək

Yaponiyanın xarici işlər naziri Taro Kono və müdafiə naziri Takesi İvaya bu həftə Vaşinqtona səfər edəcəklər

Bakı. Yaponiyanın xarici işlər naziri Taro Kono və müdafiə naziri Takesi İvaya bu həftə Vaşinqtona səfər edəcəklər. Trend-in Yaponiya XİN-ə istinadən verdiyi məlumata görə, aprelin 19-u T.Kono və T.İvaya ABŞ-ın dövlət katibi Mayk Pompeo və müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahan ilə görüşəcəklər.