Fransa prezidenti Notr-Dam kilsəsinin bərpa ediləcəyinə dair söz verib


Digərləri 16 Apr 2019 05:21:00 221 0

Fransa prezidenti Notr-Dam kilsəsinin bərpa ediləcəyinə dair söz verib

Fransa prezidenti Emmanuel Makron yanğın baş verən Parisin Notr-Dam kilsəsinin bərpa ediləcəyinə dair söz verib

Bakı. Fransa prezidenti Emmanuel Makron yanğın baş verən Parisin Notr-Dam kilsəsinin bərpa ediləcəyinə dair söz verib. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu E.Makron kilsənin yaxınlığındakı meydanda jurnalistlərə açıqlamasında deyib. Fransa prezidenti bildirib: "Mən sizə təntənəli şəkildə söz verirəm ki, biz kilsəni bərpa edəcəyik. Hamımız bir yerdə. Sabahdan həm Fransada, həm də onun sərhədlərindən kənarda vəsait yığımı başlayacaq".