YUNESKO Notr-Dam kilsəsindəki yanğını diqqətlə izləyir


Digərləri 15 Apr 2019 23:45:00 211 0

YUNESKO Notr-Dam kilsəsindəki yanğını diqqətlə izləyir

YUNESKO Parisin Notr-Dam kilsəsindəki yanğını diqqətlə izləyir

Bakı. YUNESKO Parisin Notr-Dam kilsəsindəki yanğını diqqətlə izləyir. Trend-in məlumatına görə, bu barədə YUNESKO-nun baş direktoru Odre Azule öz Twitter səhifəsində yazıb. O.Azule bildirib: "1991-ci ildən dünya mədəni irsinə qeydə alınan Notr-Dam kilsəsində baş verən dramatik yanğın ilə bağlı böyük emosiyalar. YUNESKO vəziyyəti diqqətlə izləyir və bu əvəzsiz irsi qorumaq və bərpa etmək üçün Fransa ilə birlikdədir".