Dünyadakı ən təhlükəli quş öz sahibini öldürdü


Digərləri 15 Apr 2019 22:28:00 342 0

Dünyadakı ən təhlükəli quş öz sahibini öldürdü

ABŞ-ın Florida ştatında dünyada ən təhlükəli quş hesab olunan kazuar saxlandığı fermada öz sahibini öldürüb.

The Gainesville Sun xəbər verir ki, 75 yaşlı fermer yem vermək üçün qəfəsə daxil olarkən yıxılıb. Kazuar fermeri dimdikləyərək öldürüb.

Son.az oxu.az-a istinadən bildirir ki, kazuarlar strauslardan sonra yer kürəsində ən böyük quşlar hesab edilirlər. Onların boyu iki metrə, çəkiləri 60 kiloya çatlr.