Şamaxıda bəndin uçmasının səbəbləri açıqlanıb FOTO


Digərləri 15 Apr 2019 21:12:00 228 0

Şamaxıda bəndin uçmasının səbəbləri açıqlanıb  FOTO

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi Şamaxıda bəndin uçmasının səbəblərini açıqlayıb.

Agentlikdən Son.az-a verilən məlumata görə, aprelin 13-də yağan yağış nəticəsində çayda suyun səviyyəsi artıb və çay yatağında olan süni gölün bəndi uçub.

Qurum bildirir: "Ötən gün "Şamaxıda bənd uçdu, kəndi su basdı" başlığı ilə məlumat verilib.

Məlumatda qeyd olunur ki, Acıdərə çayından qidalanan balıq gölünün bəndinin uçması nəticəsində ətraf kəndləri, taxıl sahələrini, meyvə bağlarını və kənd yolunu sel aparıb və göl sahibinin iddiasına görə Bakı - Şamaxı - Yevlax yolunda aparılan işlər zamanı çıxan torpaq gölün yuxarı hissəsinə tökülüb, bu da bəndin uçmasına səbəb olub.

Məsələ ilə bağlı bildirmək istəyirik ki, hal-hazırda Türkiyənin "Kolin İnşaat Turizm Sanayi ve Ticaret A.Ş." şirkəti "Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km hissəsinin dörd zolağa genişləndirilməsi" layihəsi çərçivəsində tikinti-quraşdırma işlərini yerinə yetirir.


Xəbərə aid fotolar