Agentlik Şamaxıda bəndin uçmasının səbəblərini açıqlayıb (FOTO)


Digərləri 15 Apr 2019 21:01:00 216 0

Agentlik Şamaxıda bəndin uçmasının səbəblərini açıqlayıb (FOTO)

Aprelin 13-də yağan yağış nəticəsində çayda suyun səviyyəsi artıb və çay yatağında olan süni gölün bəndi uçub.

Bakı. Samir Əli - "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi Şamaxıda bəndin uçmasının səbəblərini açıqlayıb. Agentlikdən Trend-ə verilən məlumata görə, aprelin 13-də yağan yağış nəticəsində çayda suyun səviyyəsi artıb və çay yatağında olan süni gölün bəndi uçub. Qurum bildirir: "Ötən gün "Şamaxıda bənd uçdu, kəndi su basdı" başlığı ilə məlumat verilib. Məlumatda qeyd olunur ki, Acıdərə çayından qidalanan balıq gölünün bəndinin uçması nəticəsində ətraf kəndləri, taxıl sahələrini, meyvə bağlarını və kənd yolunu sel aparıb və göl sahibinin iddiasına görə Bakı - Şamaxı - Yevlax yolunda aparılan işlər zamanı çıxan torpaq gölün yuxarı hissəsinə tökülüb, bu da bəndin uçmasına səbəb olub.