DGK: “Samur” gömrük postundakı sıxlıq aradan qaldırılıb


Digərləri 15 Apr 2019 20:29:00 230 0

DGK: “Samur” gömrük postundakı sıxlıq aradan qaldırılıb

Şimal Ərazi Baş Gömrük İdarəsinin Rusiya Federasiyası ilə sərhəddə yerləşən "Samur" gömrük postu vasitəsilə ölkə ərazisini tərk edən yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesində müvəqqəti sıxlıq yaranıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Son.az-a verilən məlumata görə, problem Rusiya tərəfində sistemdə baş verən texniki nasazlıqla əlaqədar olub.

Belə ki, aprelin 13-ü günün birinci yarısında Rusiya Federasiyasının aidiyyəti gömrük qurumları sistemdəki nasazlıqla əlaqədar malların və yük nəqliyyat vasitələrinin qeydiyyatında bir neçə saatlıq fasilənin yaranacağını bildiriliblər.

Keçən müddət ərzində mütəmadi olaraq qarşı tərəflə danışıqlar aparılıb və problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.