Faiq Ağayev: Valideynləri görmür ki, qızları nələr edir?


Şou-biznes 15 Apr 2019 19:49:00 324 0

Faiq Ağayev: Valideynləri görmür ki, qızları nələr edir?

"Kazbekə şey basım, zırlanım"ın müzakirəsi bitməmiş daha bir bayağı musiqi - "otduşi" ley-pey, bomba kayfda" ortalığa çıxıb. Gənclər kamera önünə keçib, bu "mahnı"nı oxuyub, rəqs edirlər. Daha bir bayağı mahnı və ifa gündəm olub.

Qeyri-sağlam yaşam tərzini mahnılarında əks etdirənlər cəmiyyətin həssas üzvləri - gənclərin mənəviyyatına beləcə zərbələr endirirlər. 

Ziyalılar və sənət adamları tərəfindən ədəbsiz və jarqon ifadələrin yer aldığı mahnılar qınanılsa da, ifaçılar tənqidlərdən nəticə çıxarmaq istəmirlər. 

Son.az xəbər verir ki, Oxu.az-ın əməkdaşı bununla bağlı Xalq artisti Faiq Ağayevin fikirlərini öyrənib. 

O, internetdə bunun qarşısını almağın mümkün olmadığını deyib:

"İndi işimizi-gücümüzü ataq, gedək, o insanların boğazından yapışaq? Alınmır. Biz azad ölkədə yaşayırıq. Tövsiyə oluna bilər ki, televiziya kanallarımız, radiolar bu cür mahnıların yayımını dayandırsın. Elə insanların efirə dəvət olunmasını dayandırsın. Amma azad internetlə nə edəcəksiniz?