Dillər Universitetinin rektoru Çilinin müvəqqəti işlər vəkili ilə görüşüb


Digərləri 15 Apr 2019 19:16:28 234 0

Dillər Universitetinin rektoru Çilinin müvəqqəti işlər vəkili ilə görüşüb

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Çilinin ölkəmizdəki müvəqqəti işlər vəkili Qabriel Xara ilə görüşüb.

Bakı. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Çilinin ölkəmizdəki müvəqqəti işlər vəkili Qabriel Xara ilə görüşüb. Universitetdən Trend-ə verilən məlumata görə, qonağı salamlayan rektor K.Abdulla Q.Xaraya yeni başladığı diplomatik fəaliyyətində uğurlar arzulayıb və bildirib ki, ADU-nun ispandilli ölkələrdən daha biri ilə əməkdaşlığının təməli qoyulması əlamətdar hadisədir. İspan dili mərkəzinin universitetdə 2012-ci ildə açıldığını deyən universitet rəhbəri bu mərkəzin ispandilli müəllimlərin və bütövlükdə Azərbaycanda ispandilli ölkələrlə maraqlanan bütün vətəndaşların görüş yeri olduğunu diqqətə çatdırıb. K.Abdulla vurğulayıb ki, ADU-da ispan dilini öyrənən tələbələrin sayı 200-ə yaxındır, tələbələr ERASMUS və digər proqramlarla İspaniyada oxumaq imkanı qazanırlar. Rektor tələbə və müəllimlərin müəyyən proqramlar çərçivəsində Çiliyə gedə biləcəyinə ümid etdiyini diplomatın diqqətinə çatdırıb. Daha sonra ADU-da həyata keçirilən “Səfir saatı” layihəsi haqqında məlumat verən ali təhsil ocağının rəhbəri qonağı tələbələrə mühazirə oxumağa dəvət edib.