Tərtər-Hindarx avtomobil yolunun yenidən qurulması yekunlaşıb (FOTO)


Digərləri 15 Apr 2019 19:05:00 197 0

Tərtər-Hindarx avtomobil yolunun yenidən qurulması yekunlaşıb (FOTO)

41 km uzunluğa malik respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunun yenidən qurulması yekunlaşıb.

Bakı. 41 km uzunluğa malik respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunun yenidən qurulması yekunlaşıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, layihəyə uyğun olaraq III texniki dərəcəli Tərtər-Hindarx avtomobil yolunun 17-41-ci km-lik hissəsinin yenidən qurulması işləri ötən il ərzində yekunlaşdırılıb. Cari ildə isə təmir-tikinti işləri yolun 0-17-ci km-lik hissəsində işlər aparılıb. Yol örtüyünün alt layı 7 sm, üst layı isə 5 sm qalınqlıda olan asfalt-beton qarışığı ilə salınıb. Bundan əlavə tikinti işləri çərçivəsində yolun bəzi ərazilərində torpaq yatağı təbii relyef ilə eyni səviyyədə olduğundan dağılmalar və çökmələr əmələ gəlmişdir. Bu səbəbdən yenidənqurma işləri zamanı torpaq yatağının qaldırılması işləri görülüb. Bunun üçün yararsız yol örtüyü və torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb, qazılmış hissələrin yenidən bərpası və yolun torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılması üçün yararlı qrunt tökülərək kipləşdirilib, təbii karxana çınqılı ilə torpaq yatağının təmiri işləri aparılıb. Daha sonra texnoloji ardıcıllığa uyğun olaraq 30 sm hündürlükdə qum-qırmadaş materialından əsasın alt layı, 18 sm qalınlıqda isə optimal-çınqıl qarışığından əsasın üst layının tikintisi işləri görülüb. Mövcud suötürücü borular sınmış və çökərək istismara yararsız vəziyyətdə olduğu üçün borular yeniləri ilə əvəz edilib, zəruri olan yerlərdə yeniləri qoyulub, həmçinin kommunikasiya xətlərinin keçirilməsi üçün də borular quraşdırılıb. Layihəyə uyğun olaraq yol boyu ümumilikdə diametri 500 və 700 mm olan 290 p-metr metal, diametri 1000 və 1200 mm olan 152 p-metr dəmir-beton suötürücü boruların quraşdırılması işləri aparılıb.