AZAL rəsmisi: Azərbaycana əsas turist axını hava daşımaları ilə həyata keçirilir


Digərləri 15 Apr 2019 18:45:00 173 0

AZAL rəsmisi: Azərbaycana əsas turist axını hava daşımaları ilə həyata keçirilir

Azərbaycana əsas turist axını hava daşımaları hesabına həyata keçirilir.

Ər-Riyad. Rufiz Hafizoğlu - Azərbaycana əsas turist axını hava daşımaları hesabına həyata keçirilir. Trend-in məlumatına görə, bunu “Azərbaycan Hava Yolları” QSC -nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev Səudiyyə Ərbistanının paytaxtı Ər-Riyadda “Azərbaycan şahinin gözü ilə” adlı təqdimatda bildirib. E.Hacıyevin sözlərinə görə, öz əlverişli coğrafi mövqeyi sayəsində ölkəmizin əsas hava qapısı olan Heydər Əliyev Beynəlxalq Aeroportu regionda tranzit reyslər üçün əsas hava limanına çevrilməkdədir: