Nazir müavini: "Azərbaycan atmosferə tullantıların iki dəfə azaldılmasına nail olub"


Digərləri 15 Apr 2019 17:31:00 173 0

Nazir müavini: "Azərbaycan atmosferə tullantıların iki dəfə azaldılmasına nail olub"

"Azərbaycan atmosferə karbon qazı tullantılarının azaldılması üzrə layihələri uğurla reallaşdırır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev "EU4Climate" layihəsinin təqdimatı zamanı deyib.

O bildirib ki, Azərbaycan bir çox sahələrdə BMT ilə əməkdaşlıq edir, yeni layihənin məqsədi isə iqlim dəyişikliyinin yumşaldılmasıdır.