Əli Həsənov: İran-Azərbaycan sərhədinin 132 kilometri bizim nəzarətimizdə deyil


Digərləri 15 Apr 2019 14:04:00 183 0

Əli Həsənov: İran-Azərbaycan sərhədinin 132 kilometri bizim nəzarətimizdə deyil

Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində İran-Azərbaycan sərhədinin 132 kilometri bizim nəzarətimizdə deyil.

Bakı. Elçin Mehdiyev – Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində İran-Azərbaycan sərhədinin 132 kilometri bizim nəzarətimizdə deyil. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Həsənov Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransına həsr olunmuş mətbuat konfransında deyib. Baş nazirin müavini Azərbaycanın işğal olunmuş ərazilərində narkotiklərin qanunsuz dövriyyəsi haqqında danışarkən qeyd edib: "Bu ərazilər erməni silahlı bölmələri tərəfindən işğal edilb. Erməni işğalındakı torpaqlar çox münbitdir. Orada narkotik bitkilər becərilir, bunun üçün laboratoriyalar inşa edilib".