Gürcüstan hakimiyyəti ermənilərdən bunu tələb etdi


Dünya 15 Apr 2019 12:49:00 203 0

Gürcüstan hakimiyyəti ermənilərdən bunu tələb etdi

Gürcüstan prezidenti Salome Zurabişvili Ana dili günü münasibətilə cənub bölgəsində yerləşən Axalkalaki şəhərinə baş çəkib. Adı çəkilən şəhərdə etnik ermənilər kompakt şəkildə yaşayır.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, Zurabişvili Mədəniyyət evinin fasadında gürcü əlifbasının hərflərindən ibarət pannonun (divarın, tavanın naxış və ya şəkillə bəzənmiş səthi - red.) açılışında iştirak edib, yerli sakinlərlə görüşüb.

Vətəndaşlara müraciətində Zurabişvili dövlət dilini mükəmməl səviyyədə bilməyin vacibliyindən söz açıb.

Məlum olduğu kimi, Axalkalaki əhalisinin 85 faizi ermənilərdən ibarətdir və çoxları dövlət dilini məişət səviyyəsində bilir, habelə gürcü dilində ümumiyyətlə danışa bilməyən sakinlər də var.