Bərdədə 150 yaşlı hamam dağılmaq üzrədir


Digərləri 15 Apr 2019 12:34:00 213 0

Bərdədə 150 yaşlı hamam dağılmaq üzrədir

Bərdənin Şirvanlı kəndində tarixi hamam dağılmaq üzrədir.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, Şirvanlı hamamının əsası XVIII əsrdə Seyid Heydər tərəfindən qoyulub.

Tikintisində keyfiyyətli inşaat materiallarından istifadə edilməsi tarixi abidənin bu günə qədər gəlib çatmasına imkan verib.

Yerli sakinlərin sözlərinə görə, hamam həftənin tək günləri kişilər, cüt günləri isə qadınlar üçün nəzərdə tutulub. Binaya ön və arxa hissədən iki girişin qoyulması da bununla əlaqədardır.