Elm dünyası şokda Yeni insan növü kəşf edildi FOTO


Digərləri 15 Apr 2019 07:00:00 224 0

Elm dünyası şokda  Yeni insan növü kəşf edildi  FOTO

Filippinin ən böyük adası sayılan Luzonda nəsli kəsilmiş yeni insan növü kəşf edilib.

Son.az ölkə.az-a istinadən bildirir ki, Homo sapienslə eyni dövrdə yaşadığı ehtimal edilən yeni növə Homo luzonensis adı verilib.

Adadakı bir mağarada tapılan 13 sümük və diş qalıqları Homo luzonensis adı verilən yeni növün ilk insanlarla, daha yaxın dövrdə yaşamış insanlarınkına bənzər fiziki xüsusiyyətlərə sahib olduğuna işarə edir. "Nature" elmi jurnalında dərc edilən məqaləyə əsasən, Kallao mağarasında tapılan sümüklər və dişlər 50-67 min il əvvəl yaşamış üç böyük insana və bir uşağa aiddir.


Xəbərə aid fotolar