Tarixin ilk kosmik səyahətində Qaqarinə son anda uduzan,


Digərləri 14 Apr 2019 21:25:00 212 0

Tarixin ilk kosmik səyahətində Qaqarinə son anda uduzan,

12 aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin bu günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin orbitə çıxıb. "Vostok"  kosmik gəmisi ilə orbitə çıxan kosmonavt 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və uğurla Saratov əyalətində yerə enib.

SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Hazırda da bir çox ölkələr tərəfindən bu gün qeyd olunur.

"Andirian Nikolayev haqqında  çox yazılıb. Sovet İttifaqında kosmonavtlar öləndə adətən, "Ulduz" şəhərciyində dəfn edilirlər. Amma onu doğulduğu kənddə dəfn etdilər. Səbəbi Andiriyan Nikolayev hökumətdən narazılığı oldu. Andirian Nikolayev eksperiment kimi istifadə edib kosmosa uçan ilk qadın Tereşkova ilə evləndirdilər. Yoxlamaq istəyirdilər ki, kosmosa uçuş qadın və kişilərin dölünə necə təsir edir.  İnsan üzərində aparılan bu eksperimentlər Andirian Nikolayevi bezdirdi. Narazılığını dilə gətirdi. Arvadı boşadı. Bununla da narazılıqlar başladı".

Araşdırmaçı Əli Şamilin Nikolayev soyadlı kosmonavt barəsindəki qısa məlumatı yəqin ki, onun şəxsiyyəti barəsində sizdə yəqin, maraq oyatdı.

Son.az azedu.az-a istinadənçox maraqlı tale və xarakterə sahib olan türk xalqlarının ilk kosmonavt oğlu, milliyətcə çuvaş olan Andrian Nikolayevin ömür yoluna aid bir neçə maraqlı faktı təqdim edir.

İlk türk kosmonavt

Sovetlər Birliyinin üçüncü, dünyanın isə kosmosa çıxmış beşinci adamı olan Andrian Qriqori oğlu Nikolayev 1929-cu il sentyabrın 5-də indiki Rusiya Federasiyasının Çuvaşiya Respublikasındakı Marinski-Posad rayonunun Şorşeli kəndində anadan olub.

Kəndlərindəki natamam orta təhsil verən məktəbi bitirdikdən sonra Mari-Posad şəhərindəki Meşə Texnologiyası Texnikumunda oxuyub. 1947-ci ildə oranı uğurla başa vurduqdan sonra da əsgəri xidmətə yollanıb. Əsgəri xidmətini nümunəvi başa vurduqda onu Frunze adına Hərbi-Aviasiya Məktəbinə oxumağa göndəriblər. Hərbi-Aviasiya Məktəbini 1954-cü ildə bitirdikdən sonra Sovet Sosialist Respublikaları İttifaqı Hərbi Hava Qüvvələrində xidmətə göndərilib. Uçuşlarda göstərdiyi şücaət və texniki biliklərə dərindən yiyələndiyinə görə onu 1960-cı ildə kosmonavtlar hazırlanan qrupa daxil etmişlər.

Yuxarıda adını çəkdiyimiz araşdırmaçı Əli Şamil AzEdu.az-a açıqlamasında kosmonavt barəsində bir xeyli maraqlı faktlara toxunub:

"Ötənləri xayırlayanda Andriyan Nikolayev təəccübünü gizlətmədən həmişə deyirmiş ki, özüm də bilmədim, necə oldu ki, mənə həm qırıcı təyyarə pilotluğu, həm də kosmosa uçmaq etibar edildi.

Andriyan Nikolayev dünyada ilk dəfə kosmosa uçan insan Yuri Qaqarinlə birgə məşq edib. Lakin son anda ilk dəfə kosmosa Yuri Qaqarinin göndərilməsi qərara alınıb. 1961-ci il aprelin 12-də Yuri Qaqarinin kosmosa uçuşu dünyada böyük maraqla qarşılanıb.

Bu uçuş Sovet Sosialist Respublikaları İttifaqı ilə Amerika Birləşmiş Ştatları arasında kosmosun fəthi uğrunda rəqabəti dərinləşdirib. Sovet Sosialist Respublikaları İttifaqı ikinci dəfə kosmosa insan göndərməyi planlayanda German Titovla birlikdə Andriyan Nikolayev də məşq edib. Proqramı yüksək səviyyədə yerinə yetirib. Lakin kosmosa German Titovun göndərilməsi məsləhət bilinib".

Daha sonra Amerika Birləşmiş Ştatları da rəqibini geridə qoymaq üçün kosmosa uçuşlar təşkil edir. Sovet Sosialist Respublikaları İttifaqı texniki imkanlar olmasa da, kosmosa uzunmüddətli uçuşlar planlayır. Bu, sanki insan üzərində təcrübə aparmaq kimi bir şey idi. Buna görə də kosmonavtları yerdə, kosmik şəraitə uyğun təkotaqlı palatalarda yerləşdirdilər. Bu eksperimental şəraitə ən çox dözərək "dəmir adam" ləqəbini qazanan Andriyan Nikolayev olur. Həmin eksperimentdən az sonra, yəni 1962-ci ildə...

Andriyan Nikolayevdən bir gün sonra, yəni 1962-ci il avqustun 12-də "Vostok-4"lə Pavel Popoviç uçuşa başlayır. Dünyada ilk dəfə kosmik gəmilərin birgə uçuşu həyata keçirilir:

Brejneyevə sui qəsd, türk oğlunun fədakarlığı

"Andriyan Nikolayevin idarə etdiyi "Vostok-3" kosmik gəmisi 1962-ci il avqustun 11-15-də kosmosda olur. O, dörd gündə Yer kürəsi ətrafında 64 dəfə dövrə vurur. Bundan əlavə,  ilk dəfə kosmik gəmidə bağlandığı kreslodan ayrılaraq havasızlıq şəraitində gəminin daxilində hərəkət edir. Əslində, bu kreslo kosmonavtı kosmik gəmidən kənara atmaq, Yer kürəsinə göndərmək üçün nəzərdə tutulmuşdu. Andriyan Nikolayev kreslodan ayrıldıqdan sonra bir daha ona dönərək əyləşə bilməsə idi, elə gəmi ilə birlikdə kosmosda qala, məhvolma təhlükəsi  ilə üzləşə bilərdi.

Beləcə, kosmosda ilk qrup uçuşu uğurla keçsə də, Andriyan Nikolayev üçün olduqca ağır olur. O, Yerə endikdən sonra ayaq üstə duranda bədənində çəkisizlik şəraitində dövr etməyə alışmış qan ayaqlarına axmağa başlayır. Bədəninin yuxarı hissəsində qan azaldığından bənizi ayazıyıb, başı gicəllənsə də, özün toparlayıb, ayaq üstə dura bilir. Onların kosmosa uçuşu bir də uzun müddət gizli saxlanan Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnevə sui-qəsd cəhdi ilə yadda qalır.