Tailandda 3 gün ərzində 174 nəfər yol qəzalarında ölüb


Digərləri 14 Apr 2019 21:11:00 186 0

Tailandda 3 gün ərzində 174 nəfər yol qəzalarında ölüb

Tailandda Sonqkran (Yeni ilin analoqu) bayramında, sonra 3 gün ərzində 1665 yol qəzası baş verib

Bakı. Tailandda Sonqkran (Yeni ilin analoqu) bayramında, sonra 3 gün ərzində 1665 yol qəzası baş verib. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yol qəzaları nəticəsində azı 174 nəfər həlak olub, 1728 nəfər isə xəsarət alıb. Ötən eyni dövrü ilə müqayisədə yol qəzalarının sayı 9,7 faiz, ölənlərin sayı 17,1 faiz, xəsarət alanların sayı isə 9,4 faiz azalıb.