Tümendə keçirilmiş antiterror əməliyyatı barədə nə məlumdur?


Dünya 14 Apr 2019 19:28:00 188 0

Tümendə keçirilmiş antiterror əməliyyatı barədə nə məlumdur?

Cümə günü gecə saatlarında Rusiyanın Tümen şəhərində həyət evlərindən birinə sığınan iki nəfər öldürülüb.

Rusiya güc strukturları öldürülmüş həmin iki adamın özünü İslam Dövləti (İD) adlandıran qrupun ardıcılları olduğuqlarını bildirib.

Lakin güc strukturlarının keçirdiyi əməliyyatın bir çox detalları hələ açıqlanmayıb.

BBC Rus xidməti keçirilmiş əməliyyat barədə indiyədək məluma olan məmulatlara nəzər salıb.

"Dünən, Tümen şəhərində real anti-terror əməliyyatı keçirilib", - Tümen vilayətinin başçısı Aleksandr Moor şənbə günü Instagram səhifəsində yazıb.

Amma Aleksandr Moor baş vermiş hadisənin təfərrüatlarını açıqlamayıb.

Rusiya təhlükəsizlik strukturlarının rəsmiləri şənbə günü bildiriblər ki, öldürülən şəxslər qaldıqları evdə "iki Kalaşnikov avtomatı, iki əldəqayırma partlayıcı qurğu, dini ədəbiyyat, elektron informasiya daşıyıcıları, partlayıcı qurğu elementləri" aşkar olunub.

İstintaq davam edir. Müstəntiqlər evdə molekulyar genetik də daxil olmaqla bir sıra ekspertizalar keçirirlər, güc strukturları qeyd edib.

Hadisə hecə başlayıb

Cümə günü axşam saatlarında şəhərin müəyyən ərazilərində anti-terror əməliyyat rejimi elan olunub.

Yerli iternet vebsaytı 72.ru-nun yazdığına görə, 100-dək adam evlərindən yaxınlıqda yerləşən məktəbə evakuasiya edilib.

Əməliyyatın qərargahı da elə həmin məktəbdə yerləşıb.

Əməliyyatda iştirak etmiş güc strukturları əməkdaşlarının sayı aşıqlanmır, lakin yerli sakinlərə istinad edən yerli medianın bildirdiyinə görə, küçələrdə "böyük sayda hərbi texnika olub".

Telegram-kanal Baza bildirb ki, iki öldürülən şəxsin gizləndiyi ev və ətraf ərazi əsgərlər tərəfindən üçqat mühasirəyə alınmışdı.

Yerli media həmçinin elektrik və qazın kəsilməsi barədə də məlumat verib, rəsmi səviyyədə bu məlumat təsdiqlənməyib.

Evakuasiya başladıqdan təxminən 1,5 saat sonra, Rusiya Dövlət Anti-terror Mərkəzi xəbər yayıb ki, əməliyyat keçirilən ərazidə ekstremist İD qruplaşmasının tərəfdarları axtarılır.

Tümen şəhərinin küçələrində əsgəri qüvvə yerləşdirilib.

Əməliyyat necə keçib

Bir müddət sonra atəş səsləri və yanğından xəbər verən məlumatlar sosial şəbəkələrdə peyda olmağa başladı.

Görünür, bu xəbərlər hərçilərin evə hücum əməliyyatı başlayan ana təsadüf edib, yanan isə həmin evin damı olub.