Fransalı səfir etimadnaməsini təqdim etdiyi gün XİN-ə çağırıldı


Digərləri 14 Apr 2019 17:52:54 216 0

Fransalı səfir etimadnaməsini təqdim etdiyi gün XİN-ə çağırıldı

Fransanın İrandakı yeni səfiri Filip Tibaud bu gün İran Xarici İşlər Nazirliyinə çağırılıb

Bakı. Elnur Bağışov - Fransanın İrandakı yeni səfiri Filip Tibaud bu gün İran Xarici İşlər Nazirliyinə çağırılıb. Trend-in məlumatına görə, İran Xarici İşlər Nazirliyinin Hərtərəfli Birgə Fəaliyyət Planının icrasına nəzarət komitəsinin katibi Hüseyn Sadat Meydani fransalı səfirlə görüşdə Fransanın ABŞ-dakı səfiri Jerard Aroda aid tvit-lər haqda İranın etirazını bildirib və Fransa hökumətinin bu haqda açıqlama verməsini istəyib.