Maaş qalmaqalı yaşayan aktyor seriala qayıtdı


Digərləri 14 Apr 2019 15:40:00 290 0

Maaş qalmaqalı yaşayan aktyor seriala qayıtdı

İctimai Televiziyada (İTV) yayımlanan "Dağıntılar altında" serialında Şahmar obrazını yaradan aktyor Səmimi Fərhad yenidən layihəyə qayıdıb.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, maaşını vaxtında ala bilmədiyi üçün serialdan gedən aktyor kanal rəhbəri Balakişi Qasımovla görüşüb. Onlar müzakirələr apardıqdan sonra Səmimi Fərhad seriala qayıtmaq qərarına gəlib. Aktyor bu barədə sosial şəbəkədə yazıb:

"Görüşə "MediaMaster" şirkətinin rəhbəri Rüstəm Əliyev, rejissorumuz Tural Baxış və mən dəvət olunmuşduq. Görüş son dərəcə obyektiv və səmimi fikir mübadiləsi əsnasında keçdi. Mən ilk dəfə idi ki, modern rəhbər modeli gördüm. Qarşılıqlı müzakirəmizin nəticəsi olaraq, Rüstəm Əliyev bir daha ödənişdə gecikmə olmayacağına dair vəd etdi.


Xəbərə aid foto