Finlandiyada parlament seçkiləri başlayıb


Dünya 14 Apr 2019 13:40:00 233 0

Finlandiyada parlament seçkiləri başlayıb

Finlandiyada yerli vaxtla saat 09:00-da parlament seçkiləri başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, ölkə ərazisində 911 seçki məntəqəsi açılıb. Əhalinin 36,5 faizi 3-9 aprel tarixlərində vaxtından əvvəl səs verib və ilk öncə məntəqələr baölandıqdan sonra - saat 20:00-da bu səsvermənin nəticələri elan ediləcək.

Finlandiyanın 18 yaşa çatmış hər bir vətəndaşı səsvermə hüququna malikdir. Hər bir seçici şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir.