Hemilton "Formula-1" tarixinin 1000-ci yarışının qalibi olub


Digərləri 14 Apr 2019 12:31:00 200 0

Hemilton "Formula-1" tarixinin 1000-ci yarışının qalibi olub

"Mersedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton mövsümün üçüncü mərhələsinin - Çin Qran Prisinin qalibi olub

Bakı. "Mersedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton mövsümün üçüncü mərhələsinin - Çin Qran Prisinin qalibi olub. Trend-in məlumatına görə, Çin Qran Prisi çərçivəsində keçirilən yarış "Formula-1" tarixinin 1000-ci yarışı olub. Mövsümün üçüncü mərhələsində "Mersedes"in finlandiyalı pilotu Valtteri Bottas ikinci, "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel isə üçüncü olublar.