Təngnəfəslik ciddi xəstəliyin xəbərçisidir


Digərləri 14 Apr 2019 10:22:00 235 0

Təngnəfəslik ciddi xəstəliyin xəbərçisidir

Sputnik. Həkimlər pilləkənləri çıxanda, sürətli yeriyəndə təngnəfəsliyin yaranmasının ciddi xəstəliklərdən xəbər verdiyini deyir.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, həkim Mekmet Emrənin dediyinə görə, ürəyin qanvurma gücünün azalması onun funksiyalarının pozulmasına səbəb olur. İlk əlamətlər isə təngnəfəslik, tez yorulma, qarın və ayaqlarda şiş meydana çıxmasıdır. Sonrakı mərhələlərdə isə xəstələr gecə yuxuda da nəfəs ala bilmədikləri üçün oyanırlar. Daha sonra oturan vəziyyətdə yatmaq məcburiyyətində qalırlar.

Ürəyin işini pozan bir çox xəstəliklər mövcuddur. Bunlara təzyiq, ürək və qan-damar xəstəlikləri, ürəyin ritminin pozulması, infeksiyalar və anadangəlmə ürək xəstəlikləri səbəb olur.