Hamiləlikdə idman: Bu hərəkətlər ... –


Digərləri 13 Apr 2019 22:40:00 304 0

Hamiləlikdə idman: Bu hərəkətlər ... –

Hamiləlik dövründə idman etmək olarmı?

Son.az e-tibb.az-a istinadən qadınların çoxunu düşündürən bu mövzu ilə bağlı cərrah-ginekoloq, uzman həkim Rəxşəndə Aslanovanın məqaləsini təqdim edir:

Bəzən xanımlar hamiləlikdə idman hərəkətləri etməkdən çəkinirlər. Belə ki, bununla dölə zərər verə biləcəklərini düşünürlər. Amma doğru idman hərəkətləri nəinki hamiləliyə zərər verməz, əksinə, hamiləliklə bağlı yaranan şişkinlikləri aradan qaldırmağa, daha yaxşı yuxuya getməyə, doğuşun daha rahat keçməsinə və doğuş sonrası daha asan arıqlamağa da kömək edər.

ABŞ Mama ginekoloqlar Kollecinin standartlarına görə, hamiləlik boyunca hər gün 30 dəqiqə idman etmək faydalıdır. Bu zaman nəbzinizi və bədən temperaturunuzu həddən artıq yüksəldən hərəkətlərdən uzaq durmaq, idmandan sonra bol su içmək tövsiyə olunur.

Bəs hamiləlikdə hansı idman hərəkətləri etmək, hansı idman növləri ilə məşğul olmaq olar?

Hamiləliyin ilk trimestrində idman hərəkətlərinə açıq havada sürətli yürüşlər, yaxud yoqa və ya pilates şəklində başlamaq olar. Bunu ilk trimestrdə deyil, bütün hamiləlik boyu etsəniz, hamiləliyinizə müsbət anlamda təsir edər.

Hamiləlik pilatesi

Son dövrlərdə daha da populyarlaşan hamiləlik pilatesi xüsusilə bel və kürək ağrılarını aradan qaldırmağa kömək edən, bədəni və ruhu dincəldən bir idman növüdür. Lakin hamiləliyə uyğun pilates hərəkətlərinin edildiyinə diqqət yetirin.