İlin əvvəlindən bu günədək doğuş zamanı 9 ana ölüb


Digərləri 13 Apr 2019 22:12:00 236 0

İlin əvvəlindən bu günədək doğuş zamanı 9 ana ölüb

İlin əvvəlindən bu günədək doğuş zamanı 9 ana ölüb   2019-cu ilin əvvəlindən bu günə qədər ölkədə 9 ana ölümü hadisəsi baş verib.

Son.az bildirir ki, bu barədə azvision.az -a açıqlamasında Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova bildirib. Onun sözlərinə görə, ana ölümlərinin əksəriyyəti təhlil edilib.

"Ana ölümlərinin əsas səbəbi beyin xəstəlikləri, ürək çatışmazlığı faktı, ağciyərin iki tərəfli pnevmaniyası, zahılıq dövründə müşahidə edilən qanaxma və anesteoloji qüsurdur. Bunun əsasında cəzalandırılanlar da olub. İşdən azad olunanlar, ciddi töhmət alanlar var. Tibbi yardım təşkili şöbəsi tərəfindən kifayət qədər ciddi tədbirlər görülüb".