Onkoloji xəstələr çox vaxt həkimini aldadır


Digərləri 13 Apr 2019 22:02:00 267 0

Onkoloji xəstələr çox vaxt həkimini aldadır

Bir çox onkoloji xəstələr onları müalicə edən həkimi aldadır. Bu barədə Texas Universitetinin alimləri bildirib.

Son.az medicina.az-a istinadən bildirir ki, xəstələr həkimə demədən özbaşına alternativ tibb vasitələrinə qaçır, müxtəlif metodlara əl atır, müxtəlif iksirlər, vitaminlər, BAD-lar qəbul edir. Lakin bu barədə qəsdən həkimə məlumat vermir.

Aparılan araşdırmalar göstərib ki, sorğu aparılan 3 min pasiyentin 33%-i təkcə rəsmi tibbi müalicə almaqla kifayətlənməyib, fitopreparatlar, xüsusi dietalar, BAD-lar, meditasiyalara da müraciət ediblər.

Onların 90% i əlavə nəsə qəbul etdiyini qəsdən həkimindən gizlədib, elə həkimlərin də bir çoxu bununla maraqlanmayıb. Alimlər xəbərdar edir ki, tibbdən kənar elə bir dərman, vasitə yoxdur ki, onkoloji xəstəliyin müalicəsində terapevtik təsir göstərsin.