Lavrovdan ABŞa sərt ittiham


Dünya 13 Apr 2019 20:31:00 290 0

Lavrovdan ABŞa sərt ittiham

ABŞ Venesuela prezidenti Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmaq cəhdlərini davam etdirir. Halbuki bundan əvvəl amerikalıların Venesuelada dövlət çevrilişi cəhdi uğursuz olub.

Son.az oxu.az-a istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

O qeyd edib ki, ABŞ dünyada nüfuzunun zəifləməsinə rəğmən əvəzolunmaz ölkə statusunu qorumağa çalışır və digər dövlətləri sıxışdıraraq boğmaq niyyətindədir.