Dərbənddə “DağıstanAzərbaycan” İctimai Cəmiyyətinin ilk iclası keçirilib


Digərləri 13 Apr 2019 20:06:00 237 0

Dərbənddə “DağıstanAzərbaycan” İctimai Cəmiyyətinin ilk iclası keçirilib

Dərbənd Dünya İqtisadiyyatı İnstitutunda "Dağıstan-Azərbaycan" İctimai Cəmiyyətinin ilk iclası keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, iclasda Tacəddin Sultanov cəmiyyətin İdarə Heyətinin sədri seçilib. Görüş iştirakçıları qeyd ediblər ki, "Dağıstan-Azərbaycan" İctimai Cəmiyyətinin rəsmi status alması Dağıstan və Azərbaycan xalqları arasında iqtisadi və mədəni əlaqələrin genişlənməsinə, qarşılıqlı anlaşmanın inkişafına kömək edəcək.