Köçəri uşaq, pirat yeniyetmə, haker gənc, dünyanı çalxayan yetkin


Dünya 13 Apr 2019 16:33:00 276 0

Köçəri uşaq, pirat yeniyetmə, haker gənc, dünyanı çalxayan yetkin

"Wikileaks" saytının qurucusu Culian Assanjın dəstəkçiləri onu həqiqətin izində olan cəsur bir fəal adlandırır. Onu tənqid edənlərə görəsə, həssas məlumatları cəmiyyətin gözü qabağına çıxararaq, həyatını təhlükəyə atan bir diqqət dəlisidir. 

Son.az bildirir ki, musavat.com BBC Türkcəyə istinadən son günlərin ən çox müzakirə olunan bu şəxsi barədə bilinməyənləri nəzərə çatdırır.

Culian Assanj onunla birlikdə çalışanlar tərəfindən kompüter kodlarını qırmaqda üstün qabiliyyəti ilə yanaşı, "təsirli, əzmli və çox ağıllı bir insan" olaraq qiymətləndirilir.

O, 2006-cı ildə gizli məlumat və şəkilləri yayınlayan "Wikileaks" saytını qurdu. 2010-cu ildə ABŞ əsgərlərinin İraqda bir helikopterdən atəş açaraq 18 əsgəri öldürdüklərini göstərən görüntülərlə dünya miqyasında manşetə çıxdı. Amma eyni il içində isveçli prokurorların cinsi hücum iddiaları ilə bağlı beynəlxalq yaxalama qərarının çıxarılmasının ardınca İngiltərədə saxlandı. İsveçli yetkililər onu nitq söyləmək üçün Stokholmda olduğu zaman bir qadına təcavüz və digərinə də cinsi istismar iddialarına görə sorğu-suala tutmaq istədiklərini söylədi. Assanj isə hər iki yaxınlaşmanın da qadınların razılığı daxilində olduğunu deyib.

Siyasi sığınma tələbi

Növbəti aylarda İngiltərənin bir bölgəsində ev həbsində olarkən İsveçə verilməmək üçün mübarizə apardı. Vestminister məhkəməsi 2011-ci ilin fevralında geri verilmə qərarnı təsdiqlədi və daha sonra üst məhkəmə də qərarı dəstəklədi.  14 iyun 2012-ci ildə İngiltərə Apellyasiya Məhkəməsi onun müraciətinin yenidən gözdən keçirilməsi tələbini rədd etdi.  Bir neçə gün sonra Assanj Londondakı Ekvador səfirliyinə sığındı və 16 avqust 2012-ci ildən bəri ona siyasi sığınacaq haqqı tanıyan bir ölkənin səfirliyində qalırdı. Bir neçə gün öncə isə ingilis polisi tərəfindən gözaltına alındı.

London polisi Assanjın səfirlik binasını tərk etdiyi anda 2012-ci ilin iyununda məhkəməyə çıxmadığı üçün Vestminster məhkəməsinin həbs qərarını yerinə yetirəcəyini bildirirdi. Amerika isə Assanjın təhvil verilməsini və gizli sənədləri yaymaq ittihamı ilə məhkəməyə çıxarılmasını istəyir. İngiltərə Assanjın qanuni olaraq İsveçə qaytarılması ilə məsul olduğunu deyərək, Ekvadora getməsinə icazə verməyəcəyini açıqlamışdı. İsveç Xarici İşlər Nazirliyi onun təhvil verilməsini istəmələrinin tək səbəbi olaraq haqqındakı ittihamları araşdırmaq olduğunu demişdi.

İsveçli prokurorlar 13 avqust 2015-ci ildə zaman keçdiyi üçün cinsi istismar ittihamları ilə bağlı araşdırmalara son qoymuşdular. Amma daha sonra təcavüz iddiası ilə bağlı yenidən ittiham olunmuşdu.

2016-cı ilin dekabrında amerikalı qəzetçi və "Wikileaks" rəhbəri Gavin Makfadyenin dəfn mərasiminə qatılmaq tələbi irəli sürsə də, tələbi rədd edilmişdi.

Assanj, "Wikileaks" və ABŞ seçkiləri

18 dekabr 2016-cı ildə "Wikileaks" Ekvadorun Londondakı səfirliyində internetin kəsildiyini açıqladı. Ekvador daha sonra "Wikileaks"in Amerikadakı prezident seçkilərinə təsir göstərəcək sənədləri yaymasını əsas gətirərək bu "müvəqqəti" tədbiri həyata keçirdiklərini təsdiqləmişdi. Ekvador sözügedən qərarı Vaşinqtonun təzyiqinə görə verdiyi iddialarını rədd edir.

"Wikileaks"in yaydığı sənədlərdə Hillari Klintonun 2012 və 2014-cü illərdə etdiyi özəl danışıqların deşifrəsi və Klintonun email məktubları yer alır.

Köçəri həyatdan dörd divar arasındakı həyata

Assanj sözün böyük mənasında keçmişi ilə bağlı danışmaqdan qaçır, amma "Wikileaks"in qurulmasından bu günə qədər medianın diqqəti olduqca böyükdür.

O, 1971-ci ildə Avstraliyada doğulub. Ailəsinin səyyar teatrına görə köçəri bir uşaqlıq həyatı yaşayıb.