Güləşçimiz Avropa çempionatında erməni rəqibini məğlub edib


Digərləri 13 Apr 2019 15:07:13 437 0

Güləşçimiz Avropa çempionatında erməni rəqibini məğlub edib

Avropa çempionatının 3 qat bürünc medalçısı Artur Şahinyanla qarşılaşan gənc güləşçimiz parlaq qələbə qazaraq adını 1/4 finala yazdırıb.

Bakı. Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı sona yaxınlaşır. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, bu gün 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə start verib. Kamran Məmmədov ilk görüşdə danimarkalı rəqibini məğlub edib.