Avtomobil ağaca çırpıldı:


Digərləri 13 Apr 2019 13:57:00 242 0

Avtomobil ağaca çırpıldı:

Ötən gün gecə saatlarında Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Kəpənəkçi-Qandax avtomobil yolunda qeydə alınıb.

Kəpənəkçi kənd sakini Ramil Mehdiyev idarə etdiyi "VAZ 21011" markalı minik avtomobilinin idarəetməsini itirərək onu yolun kənarındakı ağaca çırpıb. 

Sürücü R.Mehdiyev hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər - Ramin Kərimov və Camal Hacıyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Yaralıların vəziyyəti orta-ağırdır. 

Bildirilir ki, qəzaya düşən şəxslər sərxoş vəziyyətdə olublar.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar