Bakıda evdən pul və qızıl əşyalar oğurlanıb


Digərləri 13 Apr 2019 13:53:00 195 0

Bakıda evdən pul və qızıl əşyalar oğurlanıb

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Qasımova 2-ci Alatava yaşayış sahəsindəki evindən 700 manat pulunun və 800 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Bakı. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Qasımova 2-ci Alatava yaşayış sahəsindəki evindən 700 manat pulunun və 800 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Quluzadə polis əməkdaşları tərəfindən saxlanılıb.