Şəkidə italyan turist kilsədə yıxıldı


Digərləri 13 Apr 2019 10:23:00 197 0

Şəkidə italyan turist kilsədə yıxıldı

Azərbaycanda səfərdə olan xarici ölkə vətəndaşı ehtiyatsızlıqdan xəsarət alıb.

Bakı. Samir Əli - Azərbaycanda səfərdə olan xarici ölkə vətəndaşı ehtiyatsızlıqdan xəsarət alıb. Trend-in məlumatına görə, hadisə Şəki rayonunda baş verib. Azərbaycana turist kimi gəlmiş İtaliya vətəndaşı, 1940-cı il təvəllüdlü Ancela Perotti Kiş kəndindəki Kiş kilsəsinin ərazisində yıxılıb.