“İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur”


Digərləri 13 Apr 2019 09:39:00 207 0

“İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur”

Aprelin 7-si buraxılış imtahanlarından sonra sualların sosial şəbəkədə yayılması geniş müzakirələrə səbəb olub. DİM-isə açıqlamasında belə hallara yol verən şagirdlərin barkodlar vasitəsilə asanlıqla müəyyən edildiyini və onların imtahan nəticələrinin ləğv olunacağını qeyd edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkədə mövzu ilə bağlı paylaşım edib:

"İmtahan suallarının, kitabçaların imtahandan sonra açıqlanması qanun pozuntusudurmu?

DİM rəsmisi bildirib ki, sual kitabçasının, əvvəlki imtahan tapşırıqlarının sosial şəbəkələrdə paylaşılması ciddi qayda pozuntusudur. Qurum bununla bağlı hüquq mühafizə orqanlarına da müraciət etdiyini bildirib.

Düşünürəm ki , DİM-in bu problemin həllinə yanaşması qüsurludur. Mən şəxsən bilirəm ki, elə kurslar, repetitorlar var ki , şagirdlərinə, sadəcə, fərqli imtahan suallarını yadda saxlamağı tapşırırlar.