Argentina Cənubi Amerika Millətlər İttifaqını tərk edib


Dünya 13 Apr 2019 08:10:00 233 0

Argentina Cənubi Amerika Millətlər İttifaqını tərk edib

Argentina Cənubi Amerika Millətlər İttifaqının (UNASUR) tərkibindən çıxıb.

Son.az Trend-ə istinadən bildirir ki, ölkənin UNASUR-dan çıxmasına səbəb onun gündəliyi ilə razılaşmaması və ittifaqın daxilindəki böhran olub.

Argentinanın Xarici İşlər Nazirliyindən bildiriblər ki, ölkə bu gün UNASUR-un təsis edilməsi haqqında razılaşmanı ləğv edir.

XİN-nin sözlərinə görə, UNASUR-dan çıxmağa səbəb ittifaqın yaradıldığı vaxt qarşısına qoyulan məqsədlərdən uzaq olan gündəliyi olub. Bundan əlavə Argentina hakimiyyəti bildirib ki, təşkilat böhran keçirir, iki ildir birliyin baş katibi yoxdur.