Uşaqların bacarıqlarına mane olan 5 valideyn xətası


Digərləri 12 Apr 2019 22:58:00 230 0

Uşaqların bacarıqlarına mane olan 5 valideyn xətası

Valideynlər uşaqları tərbiyə edəndə bir çox səhvlərə yol verir. Xüsusən erkən yaşlarda uşaqların özünə əminliyini artırmaq, şəxsi həyatlarında bacarıqlı olması istiqamətinə  yönəltməkdə valideynlərin çiyinlərinə böyük yük düşür. Bu aspektdən edilən yalnışlıqları Son.az medicina.az-a istinadən təqdim edir.

Davamlı tərif usagı "gopçu" edir

Əgər uşaqlarınızı davamlı olaraq yerli-yersiz  tərif yağışına tutursunuzsa bu, ilk səhvdir. Bu vəziyyət uşaqlarınızın özlərini xüsusi hiss etməsinə səbəb olur.  Aparılan araşdırmalar onu göstərir ki, mübaliğə edib uşağa yalan tərif etsəniz, bu onun psixologiyasına mənfi təsir edir.   Belə uşaqlar çətin vəziyyətlərdən çıxmaq çün hər zaman bəhanələrə sığnarlar. Valideynlərə hətta yalan danışmağa çalışarlar. Hiylə etməyi və hər stiuasiyanı danışarkən şişirtməyə meyilli olurlar.

Uşaqlar kömək olunmadan da nəsə bacarmalıdırlar.

Valideynlər körpələrini böyüdərkən uşaqlara kömək məqsədilə daim müdaxilə edirlər. Bu vəziyyətlə onların problemlərini həll etmiş olduğunuzu düşünürsünüz. Lakin bu heç də belə deyil. Hər  dəfə problemlə qarşılaşanda kimdənsə yardım umacaq. Mütəxəssislər israrla bildirirlər ki, uşaqlarınıza düzgün həyat tərzi üçün öz ayaqlarının üstündə durmağı öyrədin. Onlara həmişə hər yerdə kimlərsə kömək etməli deyil.

Keçmiş səhvləri barədə onlara məlumat verməyin!

Sağlam düşüncəli uşaqlar özləri nələrisə bacarmaq, tək başına nələrəsə nail olmaq istəyirlər. Hər zaman bunu sınamağa ehtiyac duyarlar. Valideynlərin etməli olduğu iş isə onlara düzgün istiqamət verməkdir. Onların yaşında olanda etdiyiniz səhvləri övladlarınızla bölüşərək daha yaxşı qərar verməsinə kömək ola bilərsiniz. Lakin durmadan onların səhvlərini üzlərinə vurmayın.