Gürcüstandan Marsla bağlı çılğın layihə: 25 il içində...


Digərləri 12 Apr 2019 22:19:00 196 0

Gürcüstandan Marsla bağlı çılğın layihə: 25 il içində...

Gürcüstan Marsı fəth etmək üçün iddialı plan hazırlayıb.

Son.az xəbər verir ki, "Qırmızı planet"də şərab istehsal etmək istəyən Tbilisi NASA-dan bu məsələdə kömək istəyib.

Layihə çərçivəsində "IX Millennium" layihəsi hazırlanıb. Bir qrup gürcü araşdırmaçı tərəfindən hazırlanan layihə şərab istehsalının planetlərarası səviyyəyə çıxarmağı hədəfləyir.

"IX Millennium" layihəsinin müəlliflərindən olan Nikoloz Doborjqinidze "Daily Mail"ə verdiyi açıqlamada NASA ilə əməkdaşlıq etməyə ümidləri olduğunu bildirib: "Gürcülər dünyada ilk dəfə şərab istehsal edənlər olub. İndi də qonşu planetdə bu işə liderlik etməyi planlaşdırırıq".