Azərbaycan Qazaxıstana güc kabellərinin ixracına başlayıb


Digərləri 12 Apr 2019 22:04:04 221 0

Azərbaycan Qazaxıstana güc kabellərinin ixracına başlayıb

Sumqayıt Texnologiyalar Parkı (STP) Qazaxıstana geniş həcmdə böyük tutumlu güc kabellərini ixrac etməyə başlayıb.

Bakı. Xeyrəddin Nəsirzadə - Sumqayıt Texnologiyalar Parkı (STP) Qazaxıstana geniş həcmdə böyük tutumlu güc kabellərini ixrac etməyə başlayıb. Bu barədə Trend-ə STP-dən bildiriblər. Məlumata əsasən, artıq 6 yük maşını yola düşüb. Həmçinin bağlanmış müqaviləyə əsasən, Qazaxıstana 77 yük maşını həcmində və 5 milyon dollar dəyərində məsaməli və digər növ kabellər göndəriləcək.