Ruse Bolqarıstanda yaşayış üçün ən əlverişli şəhər seçilib


Dünya 12 Apr 2019 21:32:00 246 0

Ruse Bolqarıstanda yaşayış üçün ən əlverişli şəhər seçilib

Bolqarıstanın "Darik Radio" radiosu ekologiya, təhsil, biznes, təhlükəsizlik və digər meyarlara görə hər il mükafatlar təyin edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 2018-ci il üçün Bolqarıstanda yaşayış üçün ən əlverişli şəhər Ruse şəhəri seçilib. Sofiya biznes, Burqas isə təhsil üzrə ən əlverişli şəhərlər kimi mükafatlandırılıblar. Dobriç şəhəri ən yaşıl, Stara-Zaqora isə ən təhlükəsiz şəhər seçilib.