Kosmosa ilk uçan insan Qaqarin deyil, o olacaqdı, əgər… SSRİdə məxfiləşdirilən 5 FACİƏ


Digərləri 12 Apr 2019 21:35:00 245 0

Kosmosa ilk uçan insan Qaqarin deyil, o olacaqdı, əgər…  SSRİdə məxfiləşdirilən 5 FACİƏ

SSRİ dövründə yaddaqalan tarixlər və ya ildönümlərində sənaye və elmdə əldə olunan nailiyyətlər, həmçinin yeni fəth edilmiş zirvələr nümayiş etdirilirdi. Amma bəzən bunlar faciəyə gətirib çıxarırdı.

Son.az məhz belə günlərdə qeydə alınan, amma xalqdan gizlədilən faciələrdən bir neçəsini təqdim edir.

1. Raket strateji təyinatlı qüvvələrinin Baş komandanının həlak olması

24 oktyabr 1960-cı il, Oktyabr inqilabının ildönümünə "R-16" ballistik raketin sınağının keçirilməsi haqqında qərar qəbul edilmişdi. Amma yeni ballistik raket hələ tamamlanmamışdı. Belə tələsiklik və təhlükəsizlik texnikasının kobud pozuntuları raket yanacağının alışmasına və raketin partlayışına gətirib çıxardı. Nəticədə yüzdən çox insan, həmçinin Raket strateji təyinatlı qüvvələrinin Baş komandanı Mitrofan Nedelin bu dəhşətli alovda həlak oldu. Qəzanı məxfiləşdirdilər.

2. Valentina Bondarenkonun həlak olması

İnsanın kosmosa birinci uçuşuna hazırlanmış kosmonavtların birinci dəstəsində Yuri Qaqarinlə birlikdə, Komarov, Leonov, Popoviç, Titov və Valentina Bondarenko var idi. Sonuncu Yer kürəsinin orbitinə uçacaq birinci insan olmaq üçün real şanslara malik idi, əgər 23 mart 1961-ci il məşq və tibbi testlərin keçirilməsi zamanı baş verən alışmada həlak olmasaydı. Bu hadisəni yalnız məxfiləşdirmədilər, həm də kosmonavtların birinci dəstəsinin bütün qrup şəkillərindən Bondarenkonu sildilər.

3. Novosibirskdə kamikadze